AZ

Ölümdən əvvəl gördüklərimiz – Həkim danışdı

Amerikalı tibb bacısı Julie McFadden iş yerində tez-tez müşahidə etdiyi ölümə yaxın fenomenlərdən birini təsvir edib.

News24.az əbər verir ki, onun hekayəsi və ekspert şərhləri Metro tərəfindən dərc edilib.

McFadden’in dediyinə görə, onun xəstələrinin çoxunun son günlərində görmələri var, tibb bacısı bunu halüsinasiyalar və ruhi xəstəliklərdən fərqləndirir: “Adətən bu, ölməzdən bir neçə həftə əvvəl baş verir və onlar yuxudan oyanıb ailələri ilə normal danışa bilər və ölü atalarını küncdə gördüklərini, gülümsəyərək, tezliklə onların yanına gələcəyini və narahat olmamalı olduqlarını söyləyə bilərlər”.

Tibb bacısı xəstələrin ailələrini sadəcə olaraq bu özəlliyi qəbul etməyə təşviq edir.

Bu fenomenin izahını tapmağa çalışan neyrocərrah Ajmal Zemmar 87 yaşlı xəstənin ürəyi dayanmadan 30 saniyə əvvəl və sonra onun elektroensefaloqrammasını tədqiq edib. Xəstənin ölümündən sonra beyində qeydə alınan salınımlar göstəribh ki, beyin “ölümə keçid” zamanı və hətta ondan sonra bir müddət aktiv qala bilir. Həkimin qeyd etdiyi kimi, bu müddət ərzində beyin dəyişikliklərə cavab verməyə davam edir./medianews


Seçilən
11
1
news24.az

2Mənbələr