AZ

Kür çayının İmişlidən keçən hissəsində mühafizə bəndinin uçma təhlükəsi yaranıb

Kür çayının İmişli rayonu Əliyetməzli kəndi ərazisindən keçən hissəsində çayın mühafizə bəndində uçma təhlükəsi yaranıb.

Bu barədə "Report"un Muğan bürosuna sakinlər məlumat verib.

Onların sözlərinə görə, son günlər bəndin uçma prosesi sürətlənib. Həmçinin çayın bolsululuq dövründə həyətyanı sahələrə yığılan qrunt sularının çaya doğru geri çəkilməsi prosesi daha da sürətləndirib.

Sakinlər eyni zamanda bildirib ki, evləri çaydan 200-250 metr kənarda yerləşir və təhlükə içərisindədir.

Qeyd edək ki, Kür-Araz Çaylarında Bəndlərin İstismarı İdarəsinin əməkdaşları uçma təhlükəsi olan əraziyə baxış keçirdikdən sonra buraya texnikalar cəlb olunub və qabaqlayıcı tədbirlərin görülməsinə başlanılıb. İdarədən qeyd olunub ki, hazırda elə bir ciddi problem yoxdur. Buna baxmayaraq, qabaqlayıcı tədbirlər görülür. Qayakəsmə işləri aparılır və sürüşən yerlər bərpa olunur.

Seçilən
6
11
report.az

10Mənbələr