AZ

Adrian Truffer “Bornmut”da - Rəsmi

Fransanın “Renn” klubunun sol cinah müdafiəçisi Adrian Truffer bundan sonra “Bornmut”un uğurları üçün çalışacaq.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.

23 yaşlı fransalı futbolçu “Bornmut”la 5 illik müddətə müqavilə imzalayıb. Keçid İngiltərə klubuna 13,5 milyon avro məbləğ müqabilində başa gəlib.

Adrian Truffer “Renn”in məzunudur və böyük futbolçu karyerası ərzində ancaq “itlər” üçün oynayıb.

Cari mövsümdə Tryuffer “Renn” üçün 35 oyuna çıxıb, 3 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

Trufferin “itlər” üçün çıxışının ümumi mənzərəsi isə 191 oyun, 9 qol və 23 məhsular ötürmədən ibarətdir.

Əlavə edək ki, Truffer “Renn”in kapitanı idi.

Truffer 2022-ci ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində elə, bircə oyun keçirib, meydanda məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 25 dəqiqə keçirib.

“Transfermarkt” internet-portalı 23 yaşlı fransalı müdafiəçinin transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
9
arena.az

1Mənbələr