ain.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycanda yeni törəmələrdən (xərçəng şişlərindən) ölənlərin sayı 9 min 681 nəfər olub.
2024-cü ildə ölkə üzrə onkoloji diaqnoz qoyulan xəstələrin sayı isə 15 min nəfəri ötüb. Onların arasında ən çox rast gəlinən xərçəng növləri açıqlanıb. Müxtəlif yaş qruplarında aşkarlanan xəstəliklər arasında isə ən çox süd vəzisi, mədə, ağciyər və bağırsaq xərçəngləri qeydə alınıb.
Professor Adil Qeybulla Qaynarinfo-ya açıqlamasında dünya üzrə onkoloji xəstələrin sayında da artım müşahidə olunduğunu diqqətə çatdırıb:
"Bu dinamika artım üzrə gedir. COVID-19 pandemiyasından sonra bu sahədə artım açıq-aydın hiss olunur. Yəqin ki, bu, immun sisteminin təlatümlərinə daha çox bağlıdır. Əhali artır, eyni zamanda zərərli vərdişlərdən istifadə edənlər çoxdur. Siqaret, qəlyan çəkən, hətta xanımlar arasında alkokol qəbul edənlərin də sayı getdikcə artır. Az hərəkətlilik, tənbəllik, çox qida qəbulu, içməli suyun çirklənməsi və s. bütün bunlar canlı orqanizm üçün ciddi təhlükədir. İnsanlar kütləvi idmana meyilli olmalıdır, tənbəlliyin daşını atmalıdırlar. Bacardıqları qədər avtomobildən az istifadə etməlidirlər. İlk növbədə az qida qəbul edilməlidirlər. Daha keyfiyyətli qidalardan istifadə olunmalıdır. Meyvələrə, göyərtilərə üstünlük vermək, yağda qızardılmış yeməklərdən və bütün bunlardan çəkinmək, zərərli vərdişləri azaltmaq mühüm şərtdir. Əks halda biz daima artan dinamikanı müşahidə etmək məcburiyyətindəyik”.
Adil Qeybulla hesab edir ki, nəinki onkoloji xəstəliklərin, hətta səbəbləri o qədər də məlum olmayan autoimmun xəstəliklərinin də xüsusi çəkisi artmaqdadır:
"Hesab edirəm ki, sağlamlaşdırma proqramları qəbul edilməlidir. Hazırda Cənub qonşumuz İranda müharibə gedir. Burada radioaktiv sızıntıların olması özü gələcəkədə region üçün böyük təhlükə yarada blər. Təhlükələr hər an var. Bu müharibə izsiz ötüşməyəcək. Genofondu qorumaq üçün ən azı ölkədaxili sağlamlaşdırma proqramları hazırlamalıyıq”.
Bahar Rüstəmli
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.