AZ

"Barselona" yeni qapıçı transfer edib

"Barselona" heyətini yeni qapıçı ilə gücləndirib.

İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kataloniyalılar "Espanyol"un qolkiperi Yoan Qarsiyanı transfer edib. 24 yaşlı "əlcək sahibi" ilə 6 illik müqavilə imzalanıb.

"Barsa" Qarsiyanın keçidi üçün qarşı tərəfə 25 milyon avro ödəyib.

Qeyd edək ki, ispaniyalı qapıçı peşəkar karyerası ərzində yalnız "Espanyol"un formasını geyinib.

İdman.biz

Seçilən
19
2
idman.biz

3Mənbələr