Avroviziya təmsilçimiz Səmra Rəhimli paylaşımları ilə diqqət çəkib.
OLAY yazır ki, o, instaqramda paylaşdığı videolarda dünyaca məşhur müğənni Beyonsun tərzini təkrarlayanlardan danışıb:
“Çox gülməli görünür axı. Bütün dünya Beyons-u kopyalayır. Bu insanın albomu “Cowboy” və “country” musiqisi mövzusundadır. Hər kəs kovboy tərzində geyinir – yerli, yersiz. Anna Astinin ağlamalı mahnılarına bu stil heç yaraşmır. Ümumiyyətlə, bir çox artistin öz şəxsi fikri və zövqü yoxdur. Ona görə gah yaxşı görünürlər, gah da hansısa stilistin kloununa çevrilirlər. Artistin musiqi janrına uyğun geyim tərzi olmalıdır. Çox vaxt bu səhvi türk artistləri edir. Baxırsan, arabesk oxuyur, amma geyimi tamam başqa janrı ifadə edir. Nə isə… Zövq – yaxşı şeydir, olan yerdə. Stilistlər öz məharətlərini göstərmək üçün artistləri klouna çevirirlər”.
Səmra daha sonra ötən illərdə seçdiyi bənzər səhnə “look”unu paylaşaraq bunları yazıb:
“Belə də ki, hamısından əvvəl bu tərzdə geyinən elə özüm olmuşam. Bəzi “şizofrenlər” kimi “Beyons məni təkrarlayıb” demirəm, sadəcə üst-üstə düşüb. Amma təkrar edənlərim çoxdur!”.