AZ

"Bayer" Avropada məğlubedilməzdir

style='margin-bottom:10px;'>

"Bayer" bu mövsüm Avropada məğlub olmayan yeganə komandadır.

QOL.az xəbər verir ki, Leverkuzen təmsilçisi ötən gün Bundesliqanın 14-cü turu çərçivəsində "Ştutqart"la bərabərə qalıb (1:1).

"Bavariya" isə "Ayntraxt"a uduzub (1:5) və komandanın məğlubiyyətsizlik seriyası qırılıb. Beləliklə, “Bayer” təkcə Almaniyada deyil, Avropada bu mövsüm hələ məğlub olmayan yeganə komanda olub. 

"Bayer" hazırda Almaniya Bundesliqasında 36 xalla 1-cidir. "Bavariya" isə 32 xalla 2-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, "Bayer" "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindəndir. Bu komandalar arasında keçirilən görüşlərdə "Bayer" Almaniyada 5:1, Bakıda isə 1:0 hesabı ilə qalib gəlib. Komanda H qrupunda 15 xalla 1-cidir və artıq qrup liderliyini təmin edib. 7 xalı olan "Qarabağ" isə 2-ci yerdədir.

Seçilən
399
21
teleqraf.com

10Mənbələr