ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Paytaxtın Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsində qayda pozan sürücü avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə iyunun 15-də saat 14:00 radələrində qeydə alınıb. Hərəkətdə olan 10-MM-044 dövlət nömrə nişanlı “BMW” markalı avtomobilin sürücüsü manevr qaydasını pozub. Belə ki, o, hərəkətdə olduğu zolaqdan qəfil sola keçib və bu vaxt görüntünü qeydə alan sürücüyə qəza şəraiti yaradıb. Videodan da göründüyü kimi, qayda pozan sürücü daha sonra yenidən sağ zolağa keçid edib. Hadisə şahidinin iddiasına əsasən, o, daha sonra ən sağa keçib və 3-cü zolaqdan birbaşa sola manevr edərək digər hərəkət iştirakçılarına təhlükə yaradıb.
Nərmin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.