AZ

İran-Ermənistan sərhədində izdiham: Yüzlərlə maşın növbədə gözləyir - FOTO

BAKI, 18 iyun. TELEQRAF

Artıq bir aydan çoxdur Ermənistan-İran sərhədinin İran tərəfindəki keçid məntəqəsində yüzlərlə yük maşını növbə çəkir. 600-ə yaxın yük maşını Ermənistana daxil olmaq üçün öz növbəsini gözləyir.

Teleqraf xəbər verir ki, bu barədə NEWS.am ərazidəki mənbələrə istinadla məlumat yayıb.

Sürücülər erməni portalına bildiriblər ki, sürücülər çox vaxt növbələrini 10-15 gün gözləməli olurlar:

“Yük maşınları əsasən tikinti materialları: sement, dəmir, kərpic daşıyır. Yükdə tez xarab olan heç nə yoxdur, amma işimiz yaxşı getmir. Xərclərimiz o qədər yüksəkdir ki, ayda 150 min dram qalır”.

Yük maşınlarının sürücüləri belə növbələrin nədən yarandığını bilmirlər, amma deyirlər ki, bu, İran-İsrail münaqişəsi ilə bağlı ola bilməz, çünki vəziyyət İran və İsrail arasında gərgin münasibətlərdən xeyli əvvəl yaranıb.

Onların sözlərinə görə, İran vətəndaşları sərhədi xüsusi qaydada keçə bilirlər, yalnız erməni sürücülər növbə gözləməli olurlar.

“Onların yük maşınları ayda 5-6 dəfə gəlib-çıxır, biz 1-2 dəfə güclə edirik”, - sürücülərdən biri portala söyləyib.

Seçilən
18
teleqraf.com

1Mənbələr