"Bəzən görürəm ki, bəzi addımları şou-biznesdə atmaq qaydadır. Bəzən edirəm, amma xarakterimə yedirdə bilmirəm. Şou-biznesdə belə bir hal var: bilirsən ki, qarşındakı qeyri-səmimidir, sənin haqqında pis şeylər edir. Amma ondan işin keçirsə, dost olmalısan. Şou-biznesdə haqq-ədalət axtarmaq lazım deyil".
Bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu 106.3 FM-də dicey Kazım Sübhanın qonağı olarkən deyib. Sualları cavablandıran sənətçi konsertdən pul qazana bilməyən ifaçılardan söz açıb:
"Deyirlər, konsertdən pul qazanmaq olmur. Olur... Bütün konsertlərimdən pul qazanmışam".
N.Qaraçuxurlu məşhurların instaqram hegemonluğundan bəhs edib:
"Efir adamları, televiziyada sözükeçən insanla ehtiyatla danışanların indi dilləri uzanıb. Çünki sosial şəbəkəyə çox arxayın olublar".
Axsam.az