ABŞ və İran arasında danışıqların müddəti hələ bitməyib və Tehran Vaşinqtonla təmasdadır.
News365.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Trampın sözlərinə görə, iranlılar amerikalılarla əlaqə yaradır: "Onlar hətta danışıqlar üçün Ağ Evə gəlməyi təklif etdilər".
Eyni zamanda, Tramp İranla danışıqların dəqiq nə vaxt bərpa oluna biləcəyini açıqlamayıb:
"Bunun daha nə qədər davam edəcəyini bilmirəm. Onlar tamamilə müdafiəsizdirlər. İranlıların hava hücumundan müdafiəsi tamamilə yoxdur. Biz İran üzərində hava məkanına tam nəzarət edirik".
O, ABŞ-nin İrana zərbə endirib-endirməyəcəyi barədə danışmaqdan imtina edib:
"Ola bilər ki, mən bunu etməyəcəm. Yəni, nə edəcəyimi heç kim bilmir. Sizə bunu deyə bilərəm: İran böyük problem içərisindədir və onlar danışıqlar aparmaq istəyirlər".