İtaliyanın “Verona” klubunun 21 yaşlı mərkəz müdafiəçisi Dieqo Koppola bundan sonra “Brayton”un uğurları üçün çalışacaq.
Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.
“Brayton” italyan futbolçunu “Verona”dan tamhüquqlu əsasda “qağayılar”ın düşərgəsinə qatıb. Koppola İngiltərə klubu ilə 5 illik müddətə müqavilə imzalayıb. Keçid “Brayton”a 11 milyon avro məbləğ müqabilində başa gəlib.
Dieqo Koppola “Verona”nın məzunudur və futbolçu karyerası ərzində ancaq “mastiflər” üçün çıxış edib.
Cari mövsümdə Koppola “Verona” üçün 35 oyuna çıxıb, 2 qolla fərqlənib. Koppolanın “mastiflər” üçün çıxışının ümumi mənzərəsi isə 85 oyun və 4 qoldan ibarətdir.
Dieqo Koppola 2025-ci ilin iyun ayında debüt etdiyi İtaliya yığmasının məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 2 oyun keçirib.
“Transfermarkt” internet-portalı 21 yaşlı italyan mərkəz müdafiəçisinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.