AZ

Qəbələdə yol qəzası baş verdi, xəsarət alanlar var

Qəbələdə yol-nəqliyyat hadisəsi baş verib.

Viral.az APA-ya istinadən xəbər verir ki, VAZ-2107 markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb.

Hadisə nəticəsində Nic qəsəbə sakini, 1994-cü il təvəllüdlü İslamlı Elsevər Etibar oğlu və Vəndam qəsəbə sakini Paşazadə Taleh Yaqub oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Son Yazılar:

Yaralılar Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
4
8
viral.az

10Mənbələr