ain.az, Avtosfer portalına istinadən məlumat verir.
Drift edəndən sonra yol polisindən piyada halda qaçan sürücü saxlanılıb. Avtosfer.az xəbər verir ki, Rusiyanın Leninqrad vilayətində baş verən hadisənin görüntüləri həvəskar kamera tərəfindən qeydə alınıb.
Belə ki, ərazidə xidmət aparan yol patrul xidmətinin əməkdaşları "VAZ" markalı avtomobilin avtodayancaqda drift etdiyini görüblər. Polis inspektorları avtomobili saxlayıb ona yaxınlaşanda isə sürücü düşərək qaçmağa başlayıb. Qayda pozan sürücünün ardınca qaçan asayiş keşikçisi bir müddət sonra onu yaxalayıb.
Yerli KİV-in məlumatına görə, drift edib ictimai asayişi pozan və təhlükəli hərəkətlər edən şəxsin 17 yaşlı Leninqrad sakini olduğu müəyyən edilib. Onun barəsində protokol tərtib edilib.
Sözügedən hadisənin videosunu təqdim edirik:
Namiq Musayev
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.