AZ

Rusiya klubu fəaliyyətini DAYANDIRDI

Maliyyə problemləri səbəbindən növbəti mövsüm Rusiya Premyer Liqasında iştirakına icazə verilməyən "Ximki" klubu fəaliyyətini dayandırıb.

"Unikal" xəbər verir ki, məlumatı elitada mübarizə aparmaq üçün lisenziya ala bilməyən "qırmızı-qaralar"ın mətbuat xidməti yayıb.

Moskva vilayətinin eyniadlı şəhərini təmsil edən "Ximki" 1997-ci ildə yaradılmışdı. Sözügedən komanda 2 dəfə 1-ci Liqada çempionluq sevinci yaşayıb (2006, 2023/2024), 2 dəfə Rusiya Kubokunun finalına yüksəlib (2004/2005, 2019/2020).

Seçilən
11
3
unikal.az

4Mənbələr