Bu sözləri Demokrat.az-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc deyib.
O bildirib ki, indi də İsrail və İran arasında müharibə gedir və bu da qiymətlərə ciddi təsir göstərəcək:
"Hələlik sərhədlərimiz bağlıdır, amma üçüncü ölkələr vasitəsilə ölkəmizə soydaşlarımızın axını mümkündür.
Hazırda daşınmaz əmlak bazarında cənublu soydaşlarımız, xüsusilə mənzil sektorunda 3 faiz paya sahibdirlər. Çünki qanuna görə xarici vətəndaşlar, hətta soydaşlarımız olsa belə, ölkədə torpaq mülkiyyəti hüququna malik deyillər, amma mənzil ala bilərlər.
Həm müharibə səbəbilə, həm də yay mövsümünə görə bu halların artacağını gözləyirik.
Yayda ölkəyə 50 mindən çox əcnəbi gəlir və onların çoxu Bakıda ev axtarır. Kirayə bazarında ciddi sıxlıq olacaq və bu, qiymət artımına səbəb olacaq".
Ekspertin sözlərinə görə bu kimi proseslərdə adekvatlıq var:
"Müharibə, mövsümi dəyişiklik səbəbindən hər dəfə 10-15% qiymət artım müşahidə edirik. Bu dəfə də təxminən 10% artım olacağını düşünürəm. Ona görə də valideynlərə çağırış edirəm ki, tələbələr üçün daha tez mənzil tapsınlar.
Eyni zamanda müvafiq dövlət qurumları və sahibkarları tələbələrin yaşayış şəraitini yaxşılaşdırmaq üçün yataqxanalar və kampusların inşasına dəvət edirəm. Çünki bu artım təhsilə zərbə vuracaq".
Əfsanə Kamal
Demokrat.az
10Mənbələr
-
yeniavaz.comPsixoloq narahatlığı aradan qaldırmağın sürətli yollarını açıqladı ( 20467842)
-
demokrat.azDeputat: “Azərbaycan sülhün əsas təminatçısı oldu” ( 20309808)
-
demokrat.azSülh müqaviləsindən sonra quru sərhədlər açılacaq? — AÇIQLAMA ( 20309382)
-
qafqazinfo.azMetrodakı problem aradan qaldırıldı - Yenilənib ( 20278197)
-
bizimshow.azLabubu oyuncağı uşağı dəli etdi: evi dağıtdı, 56 minlik ZƏRƏR VERDİ ( 20248365)
-
demokrat.azYekun sülh sazişinin qısa zamanda imzalanmasına ehtiyac var — ŞƏRH ( 20227575)
-
olke.azBaşqa insanların uğursuzluğuna niyə sevinirik? - Psixoloq iki səbəb açıqladı ( 20194413)
-
redaktor.azBaşqalarının uğursuzluğuna niyə sevinirik? - Psixoloq iki səbəb açıqladı ( 20191689)
-
redaktor.azBaşqa insanların uğursuzluğuna niyə sevinirik? - Psixoloq iki səbəb açıqladı ( 20191608)
-
referans.azParisdə azərbaycanlı ailənin iki uşağı niyə əllərindən alınıb? ( 20186838)