AZ

İtonde Kakoma: Azərbaycan iqlimlə yanaşı, iqlim maliyyəsi və sülhə fokuslanan institutları bir araya gətirməkdə liderdir

Bonn, 18 iyun, AZƏRTAC

Bu gün Bonnda baş tutan “Bakı Platforması Tərəfdaşlığı – Əlverişsiz Şəraitlərdə Sülhə Töhfə Verən İqlim Fəaliyyətinin İrəlilədilməsi” üzrə Yüksək Səviyyəli Paneli və COP29-un Azərbaycan tərəfindən həyata keçirilən sədrliyinin liderliyi və baxışı təqdirə layiqdir.

AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Cenevrədə yerləşən “Interpeace” təşkilatının prezidenti və baş icraçı direktoru İtonde Kakoma deyib.

Onun sözlərinə görə COP29 sədrliyinə qədərki təcrübəyə əsaslanan Azərbaycan təkcə iqlim məsələlərini deyil, eyni zamanda sülh, dayanıqlılıq və onların bir-biri ilə əlaqəsini də ön plana çıxarıb: “Braziliyada keçiriləcək COP30 konfransına hazırlıq çərçivəsində bu gün başa çatdırdığımız yüksəksəviyyəli görüş göstərir ki, Azərbaycan bu istiqamətdə liderliyini davam etdirir. Azərbaycan iqlimlə yanaşı, iqlim maliyyəsi və sülhə fokuslanan institutları bir araya gətirməkdə liderdir. Bu, olduqca vacibdir. Mənim rəhbərlik etdiyim qurum bütün dünyada sülhün qurulmasına yönəlib və biz iqlim şoklarından təsirlənmiş cəmiyyətlərin dayanıqlılığının artırılması istiqamətində tərəfdaşlığa hazırıq”.

Seçilən
16
1
azertag.az

2Mənbələr