AZ

Qəbələdə qəza baş verib, xəsarət alanlar var

Qəbələdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayon ərazisində VAZ-2107 markalı avtomobil idarəetməni itirərək yoldan çıxaraq aşıb.

Yol-nəqliyyat hadisəsi nəticəsində Nic qəsəbə sakini, 31 yaşlı Elsevər İslamlı və Vəndam qəsəbə sakini 29 yaşlı Taleh Paşazadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 

Hadisə yerinə cəlb edilən Təcili Tibbi yardım briqadasının köməyi ilə hər iki şəxs Qəbələ Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra müalicələri başlanılıb. Həkimlər yaralıların vəziyyətlərini orta ağır qiymətləndirir.


Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Seçilən
15
1
bizim.media

10Mənbələr