
“Fasting” (yəni “oruc”) anlayışı artıq təkcə qidalanma və dinlə məhdudlaşmır. Artıq bu termin gözəllik və dəriyə qulluq sahəsinə də daxil olub. Skin-Fasting, yəni dəriyə qulluqdan müvəqqəti imtina — minimalist və şüurlu gözəllik rutini tərəfdarları arasında populyarlıq qazanır.Bu yanaşmanın məqsədi — dərinin kosmetik məhsullardan bir müddət “istirahət etməsinə” şərait yaratmaq və dərinin öz funksiyalarını bərpa etməsinə imkan verməkdir.✨ Dəriyə həmişə "detoks" lazımdırmı?Məşhur kosmetoloq Liana Davıdova xəbərdar edir:Dərinin qulluq vasitələrinə “öyrəşib işləməməsi” barədə fikir yanlışdır. Əksinə, düzgün seçilmiş məhsullar dərini qoruyur, nəmləndirir və balansda saxlayır. Lakin çox təbəqəli, aqressiv vasitələr (turşular, retinollar və s.) dərini həssas və yorğun edə bilər. Bu halda skin-fasting bərpaedici bir mərhələ ola bilər — amma hər kəs üçün uyğun deyil.Əgər dəriniz sakit, sabitdirsə və məhsullara yaxşı reaksiya verirsə — sadəcə dəbdədir deyə “oruc” tutmağa ehtiyac yoxdur. Əksinə, qəfil dəyişiklik şok effekti verə bilər.🚫 Skin-Fasting — heç bir qulluq demək deyil? Xeyr.Bu anlayış üz yumaqdan və günəş qoruyucusundan imtina demək deyil.Sadəcə minimalizm: sadə təmizləyici, neytral nəmləndirici və SPF — bu kifayətdir. Heç bir turşu, serum və ya ağır tekstura lazım deyil.Sınaq müddəti: 5-7 gün.Əgər dəri sakitləşərsə və yağlılıq, qızartılar azalarasa — deməli, bu metod sizə uyğun gəlib. Amma dartılma, quruluq və solğunluq baş verərsə — bu, dəriyə baxımın vacib olduğunun göstəricisidir.✅ Kimlərə uyğundur, kimlərə yox?Uyğundur:Həssas dərisi olanlaraDərinin artıq məhsullara reaksiyası olanlaraDəri prosedurlarından sonraÇox sayda məhsul istifadə edən və təsiri ölçmək istəyənlərəUyğun deyil:Akne, rozasea, dermatit yaşayanlaraGünəşli hava və ya iqlim dəyişikliyi zamanıSəyahətdə və ya hava dəyişkənliyində olanlaraUlusum.az
Diqqət Çəkənlər
Tramp danışacaq: İranla müharibə qapıdadır?
İranda "əsrlik sürpriz" vəd edilir: Bu axşam dünya nəyi unutmayacaq?
Tramp ultimatum verdi: Tehran təslim olacaqmı? – İsrail-İran savaşı alovlanır