AZ

Rəşad Sadıqov: “Hayduk” səddini keçəcəyimizə inanıram”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkünün nəticəsini dəyərləndirib.

Arena.az xəbər verir ki, 43 yaşlı mütəxəssis bu barədə klubun mətbuat xidmətinə açıqlama verib.

Rəşad Sadıqov bu mərhələdə qarşılaşacaqları Xorvatiya təmsilçisi “Hayduk”un yaxşı komanda olduğunu bildirib:

“Püşk bizə “Hayduk” komandasını rəqib etdi. Azarkeşləri iki gərgin va maraqlı oyunun gözlədiyini düşünürəm. İndi bizim üçün vacib olan oyunlara yaxşı hazırlaşmaqdır. İnşallah, inanıram ki, mərhələni keçən tərəf biz olacağıq”.

Xatırladaq ki, Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin oyunları iyulun 24-də və 31-də baş tutacaq. Azərbaycan təmsilçisi ilk oyununu evdə, cavab görüşünü səfərdə keçirəcək.

Seçilən
26
1
arena.az

7Mənbələr