AZ

“Mikayıl Müşfiqin və Cəfər Cabbarlının ev muzeyi pis vəziyyətdədir, şəxsi imkanım yoxdur ki...” - ANAR+ÖZƏL

“Mikayıl Müşfiqin Xızıdakı xatirə muzeyi və Cəfər Cabbarlının ev muzeyi pis vəziyyətdədir. Mən dəfələrlə Mədəniyyət Nazirliyi qarşısında bu mövzuları qaldırmışam, amma nəticəsi olmayıb. Hətta Cəfər Cabbarlının ev muzeyinə gedib yerində baxmışam, məktub yazmışam”
 
Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri Anar deyib. O daha sonra bildirib ki, özəl qurumlar da bu mövzuda təşəbbüs göstərə bilər:
 
“Mənim özəl qurumlarla heç bir əlaqəm yoxdur, Yazıçılar Birliyinin də o cür imkanları yoxdur. Yazıçılar Birliyi gərək ədəbiyyatın keşiyində dursun. Bu Mədəniyyət Nazirliyinin işidir. Mənə elə gəlir ki, gec-tez düzəldəcəklər. Bu vəziyyət mənə də xoş deyil. Yerli Bələdiyyələr, İcra Hakimiyyətləri də təşəbbüs göstərə bilərlər. Mənim şəxsi imkanım da yoxdur. Bir az imkanım var idi, atamın ev muzeyinə xərclədim” deyə o bildirib.
Seçilən
26
moderator.az

1Mənbələr