AZ

İran ABŞ-a etiraz notası GÖNDƏRDİ

İran Xarici İşlər Nazirliyi ABŞ prezidenti Donald Trampın son bəyanatlarına reaksiya olaraq İsveçrənin Tehran səfirini çağırıb və etiraz notası təqdim edib.

"Unikal" xəbər verir ki, bu barədə Mehr xəbər agentliyi məlumat yayıb. Bildirilir ki,  İsveçrənin Tehrandakı səfiri Nadine Lozano İran Xarici İşlər Nazirliyinə çağırılıb və ona dərhal ABŞ hökumətinə çatdırılması üçün etiraz notası verilib.

İranın Xarici İşlər Nazirinin köməkçisi İsa Kameli Trampın təhdidlərlə dolu və məsuliyyətsiz bəyanatlarını qəbuledilməz hesab edib. O, bunun beynəlxalq təhlükəsizliyə və sülhə ciddi təhdid yaratdığını vurğulayaraq, ABŞ hakimiyyətinin bu kimi təhdidlərin nəticələrinə görə məsuliyyət daşıdığını bildirib.

 

Seçilən
12
1
unikal.az

2Mənbələr