AZ

Kaja Kallas: Rusiyanın NATO və Aİ-yə qarşı şansı yoxdur

Kaja Kallas: Rusiyanın NATO və Aİ-yə qarşı şansı yoxdur

Avropa İttifaqının Xarici İşlər üzrə sözçüsü Kaja Kallas gələn həftə Haaqada keçiriləcək NATO sammiti ərəfəsində Avropa Parlamentinin üzvlərinə müraciətlə çıxış edib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, o, çıxışında Qərb ölkələrinin birliyinin əhəmiyyətinə toxunaraq bildirib:

"Rusiyanın NATO və Aİ-yə qarşı heç bir şansı yoxdur. Amma bunun üçün biz bir yerdə olmalıyıq. Alyansın birliyini qorumaq müdafiə xərclərini artırmaq qədər vacibdir. İnanmıram ki, biz birlikdə və NATO müttəfiqlərimizlə hərəkət etsək, öhdəsindən gələ bilməyəcəyimiz təhlükə olsun".

Kallas çıxışında həmçinin NATO-nun qarşıdan gələn sammitinin Avropanın təhlükəsizlik arxitekturası üçün həlledici önəm daşıdığını vurğulayıb.

Seçilən
24
afn.az

1Mənbələr