AZ

Ramos İnter lə oyunda sabiq İnter linin rekordunu yenilədi

Fanat saytından alınan məlumata görə, ain.az bildirir.

Klublararası dünya çempionatının Milan "İnter"i ilə oyununda (1:1) "Monterrey"in yeganə qoluna imza atan Meksika klubunun ulduzu Serxio Ramos turnirin tarixinə düşüb. 

Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, müdafiəçi qol vurmaqla mundialın rekordlarından birini yeniləyib. 

Məsələ burasındadır ki, ispaniyalı veteran 39 yaş 2 ay 18 gün ərzində fərqlənərək klublararası dünya çempionatında ən yaşlı bombardirin əvvəlki rekordunu yeniləyib. Ramosa qədər rekord 2010-cu ildə 37 yaş 4 ay 5 günlüyündə qol vuran "İnter"in keçmiş kapitanı, argentinalı Xavyer Zanettiyə məxsus idi.

 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
1
fanat.az

2Mənbələr