AZ

Azərbaycan və Albaniya məhkəmə-hüquq şuraları əməkdaşlıq edəcək » AzadMedia.az


Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Azərbaycanda səfərdə olan Albaniya Ali Məhkəmə Şurasının sədri İlir Rusi ilə görüşüb.

Görüşdə Azərbaycanla Albaniya arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb, məhkəmə-hüquq sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub. Bu məqsədlə Məhkəmə-Hüquq Şurası və Albaniya Ali Məhkəmə Şurası arasında Anlaşma Memorandumu imzalanıb.

Sənəd qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın qurulması, bilik və təcrübə mübadiləsinin aparılması, həmçinin tərəflərin institusional potensialının gücləndirilməsi məqsədini daşıyır.

İ.Kərimov həmçinin Sloveniya Məhkəmə-Hüquq Şurasının sədri xanım Urşka Kezmah və Slovakiya Məhkəmə Şurasının üzvü xanım Dana Jelinkova Dudzikova ilə də ikitərəfli görüşlər keçirib.

Görüşlər zamanı məhkəmə-hüquq sahəsində təcrübə mübadiləsi və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Seçilən
27
9
azadmedia.az

10Mənbələr