AZ

İsrailli hakerlər İran televiziyasını ələ keçirdi, xalqı küçəyə çıxmağa səslədi Video

Bakupost saytına istinadən ain.az xəbər verir.

İsrailli hakerlər İran dövlət televiziyasına həkk edərək, vətəndaşları küçələrə çıxmağa çağırıb, eləcə də iranlı qadınların etiraz aksiyası yayımlayıblar.

Bakupost.az xəbər verir ki, bu barədə "İsrailin səsi" Teleqram kanalı görüntü paylaşıb.

"Rejim pulunuzu qoruya bilmədi. Ayağa qalxın, bu sizin anınızdır! Küçələrə çıxın. Gələcəyinizi idarə edin", - video-qeyddə deyilib.

Eyni zamanda ekranın yuxarı sağ küncündə şir simvolu peyda olub.

Qeyd edək ki, İsrailin İrandakı hərbi əməliyyatının adı “Oyanan şir”dir.

Aygün,

BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
www.bakupost.az

1Mənbələr