AZ

Daha bir səfir İran XİN ə çağırıldı YENİLƏNİB

ain.az, Unikal.az portalına istinadən məlumat yayır.

Almaniyanın İrandakı səfiri Markus Potzel İran Xarici İşlər Nazirliyinə çağırılıb.

"Unikal" xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb. Məlumata görə, İran tərəfi Almaniya kansleri Fridrix Mertsin son açıqlamaları ilə bağlı Potzelə kəskin etirazını bildirib. Daha əvvəl ZDF telekanalında İrana qarşı əməliyyatla bağlı danışan Merts deyib ki, guya “bu, İsrailin bizim hamımız üçün etdiyi çirkin işdir”.

Kansler İsrail ordusuna və İsrail rəhbərliyinə İranla münaqişədəki hərəkətlərinə görə hörmət etdiyini iddia edib.

XXX

18 iyun, 23:39

İran Xarici İşlər Nazirliyi ABŞ prezidenti Donald Trampın son bəyanatlarına reaksiya olaraq İsveçrənin Tehran səfirini çağırıb və etiraz notası təqdim edib.

"Unikal" xəbər verir ki, bu barədə Mehr xəbər agentliyi məlumat yayıb. Bildirilir ki,  İsveçrənin Tehrandakı səfiri Nadine Lozano İran Xarici İşlər Nazirliyinə çağırılıb və ona dərhal ABŞ hökumətinə çatdırılması üçün etiraz notası verilib.

İranın Xarici İşlər Nazirinin köməkçisi İsa Kameli Trampın təhdidlərlə dolu və məsuliyyətsiz bəyanatlarını qəbuledilməz hesab edib. O, bunun beynəlxalq təhlükəsizliyə və sülhə ciddi təhdid yaratdığını vurğulayaraq, ABŞ hakimiyyətinin bu kimi təhdidlərin nəticələrinə görə məsuliyyət daşıdığını bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
unikal.az

1Mənbələr