AZ

ACF-nin prezidenti Zelim Kotsoyevi təbrik edib - FOTO

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bürünc medal qazananan Zelim Kotsoyevi (100 kq) təbrik edib.

İdman.biz xəbər verir ki, qurumun rəhbəri bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Federasiya prezident paylaşımışda bunları yazıb: “Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında Zelim Kotsoyev bürünc medal qazanıb. Zelimi bu əlamətdar nailiyyəti münasibətilə təbrik edir, qarşıdakı yarış günlərində tatamiyə çıxacaq bütün cüdoçularımıza uğurlar arzulayıram”.

Qeyd edək ki, Azərbaycanı yığması çempionatda 3 bürünc medal qazanıb. Kotsiyevdən əvvəl Zelim Tçkayev (81 kq) və Elcan Hacıyev (90 kq) fəxri kürsünün 3-cü pilləsində yer alıb.

İdman.biz

Seçilən
10
8
idman.biz

10Mənbələr