AZ

Qəbul imtahanında yüksək nəticə GÖSTƏRƏNLƏR FOTOLAR

ain.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dövlət İmtahan Mərkəzi 1 iyun 2025-ci il tarixində keçirilmiş I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələrini elan edib.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) Neftçala rayonu Bankə qəsəbə 2 saylı orta məktəbin məzunu Mirağa İxtiyar oğlu Əliyev və Gəncə şəhər 13 saylı orta məktəbin məzunu Alı Vəfadar oğlu İsmayılov əldə edibər.

Həmçinin, Alı Vəfadar oğlu İsmayılov hər iki mərhələnin cəminə görə I ixtisas qrupu üzrə ən yüksək nəticə olan 697.5 balı toplayıb. O, imtahanın birinci mərhələsində 297.5 bal toplamışdı.

IV ixtisas qrupu üzrə isə 400 balı 5 abituriyent qazanıb.

Onlar Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyinin məzunu Fidan Ayaz qızı Əliyeva, Mingəçevir şəhər 11 saylı orta məktəbin məzunu Arif Pərviz oğlu Hüseynli, Xaçmaz rayon 8 saylı orta məktəbinin məzunu Ləman Vasif qızı Əliyeva, Bakı şəhər 129 saylı orta məktəbin məzunu Anar Qurban oğlu Babayev və Bakı şəhər 220 saylı məktəb-liseyin məzunu Aylin Rauf qızı Xəlilovadır.

Fotoda Aylin Xəlilova

Hər iki mərhələnin cəminə görə IV ixtisas qrupu üzrə ən yüksək nəticəni - 697.5 bal - Aylin Rauf qızı Xəlilova göstərib. O, imtahanın birinci mərhələsində 297.5 bal toplamışdı.

Fotoda Anar Babayev

Fotoda Fidan Əliyeva

Fotoda Arif Hüseynli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
20
yenisabah.az

10Mənbələr