AZ

Netanyahu Trampla “isti söhbət” etdiyini açıqladı

İsrailin baş naziri Binyamin Netanyahu bir gün əvvəl ABŞ prezidenti Donald Trampla “isti söhbət” etdiyini bildirib və İsrail ordusunun İrana endirdiyi zərbələr fonunda ona verdiyi dəstəyə görə təşəkkür edib.

Musavat.com xəbər verir ki, baş nazir bu barədə xalqa gündəlik müraciətində danışıb: "İsrail Dövlətinin böyük dostu olan prezident Trampa təşəkkür etmək istəyirəm. Ona dəstəyinə, bizim yanımızda olduğuna və ABŞ-ın İsrailin səmasını qorumaqda göstərdiyi köməyə görə təşəkkür edirəm. Dünən axşam da daxil olmaqla, davamlı ünsiyyət qururuq. Çox səmimi söhbət oldu. Mən prezident Trampa dəstəyinə görə təşəkkür edirəm".

Qeyd edək ki, Tramp bundan əvvəl Ağ Evdə jurnalistlərə açıqlamasında Netanyahu ilə söhbətində yəhudi dövlətinin İrana qarşı hərbi əməliyyatını davam etdirməsini bəyəndiyini bildirib. Eyni zamanda Amerika administrasiyasının rəhbəri Netanyahuya ABŞ-ın İsrailin İrana qarşı hərbi kampaniyasında iştirakını genişləndirə biləcəyini deyib-demədiyi ilə bağlı suala mənfi cavab verib.

 

Musavat.com

Seçilən
3
4
musavat.com

10Mənbələr