AZ

Tramp İsrail-İran münaqişəsi ilə bağlı köməkçiləri ilə fövqəladə görüşə başlayıb

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasında artangərginlik fonunda köməkçiləri ilə fövqəladə görüşə başlayıb.

Trend xəbər verirki, bu barədə "NBC News" Ağ Evdəki mənbəyə istinadən məlumatyayıb.

Məlumata görə, görüş Ağ Evin Situasiya otağında keçirilir. Qeydedək ki, bu otaq qapalı və təhlükəsiz görüşlərin aparılması üçünnəzərdə tutulub. Görüşün detalları ictimaiyyətə açıqlanmayıb.

Xatırladaq ki, İsrail iyunun 13-də səhər tezdən İrana hərbi havazərbələri endirib. Nəticədə çoxlu sayda hərbçi, o cümlədən İranSilahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri, İslamİnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı Hüseyn,Ənbiya əl-Salami komandirinin iki komandiri həlak olub. QulaməliRəşid və Əli Şadmani, İran İslam İnqilabı Keşikçiləri KorpusununHərbi Hava Qüvvələrinin komandanı Əmir Əli Hacızadə, doqquz nüvəalimi və yüksək rütbəli məmurlar.

Həmin gün İran İsrailə cavab olaraq Təl-Əvivə və digər ərazilərə150-dən çox ballistik raket və 100-dən çox pilotsuz uçan aparatatıb, mülki əhali arasında itkilərə və geniş dağıntılara səbəbolub.

Seçilən
14
az.trend.az

1Mənbələr