AZ

Avtomobilin mühərrikinin xarab olduğunu göstərən beş əlamət

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bir sıra əlamətlər sürücüyə mühərrikdə nasazlıq olduğunu göstərə bilər.

Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə rusiyalı avtoekspert Maksim Rakitin danışıb.

Onun sözlərinə görə, nasazlıqdan şübhələndikdə, ilk növbədə avtomobili servisdə yoxlatmaq vacibdir.

"Mühərrikinizin çıxardığı hər hansı şübhəli səs artıq bir əlamətdir. Bu çıqqıltı, cızıltı ola bilər", - ekspert bildirib.

Rakitin qeyd edib ki, kapotun altından metalın tıqqıldaması, bir qayda olaraq, mühərrikdə ciddi problem olduğunu göstərir.

Digər əlamətlər arasında dartma gücünün itkisi və qeyri-sabit sürət yer alır. Bundan əlavə, qəribə qoxular - məsələn, yanmış yağ və ya benzin qoxusu də mühərrikin nasaz olduğunu göstərə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
2
oxu.az

3Mənbələr