AZ

Futbolçunun evini qarət etmək istəyən yeniyetmə saxlanıldı

17 yaşlı yeniyetmə PSJ-nin keçmiş müdafiəçisi və hazırda “Boavişta”nın futbolçusu Layvin Kurzavanın evini qarət etməyə cəhd edərkən saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə Fransanın “Le Parisien” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, bazar günündən bazar ertəsinə keçən gecə futbolçunun Sen-Kluda (Paris ətrafı) yerləşən evində həyəcan siqnalı çalıb. CCTV kameraları qara geyimli və maskalı iki nəfəri qeydə alıb. Kurzavanın həmin vaxt evdə olmadığı, bildiriş aldığı və dərhal polisə müraciət etdiyi qeyd edilir.

Seçilən
71
publika.az

1Mənbələr