AZ

Çində qocalara qulluq edən insanabənzər robot hazırlandı

BAKI, 19 iyun. TELEQRAF

Şanxayda qocalara qulluq etmək üçün “Guanghua №1” robotu düzəldilib.

Teleqraf “China Daily” nəşrinə istinadən xəbər verir ki, hazırda 2025-ci ilin sonuna qədər təqdim edilməli olan qurğu üçün proqram təminatı hazırlanır.

Robotun Şanxaydakı xəstəxanada sınaqdan keçiriləcəyi gözlənilir.

Yaxın gələcəkdə insanabənzər robotlar ahıl insanlara qulluq üçün müxtəlif tapşırıqları yerinə yetirəcəklər. Alimlər hesab edirlər ki, texniki baxımdan bu funksiyalar 3-5 il ərzində tam şəkildə həyata keçiriləcək.

Seçilən
7
teleqraf.com

1Mənbələr