İsrail Müdafiə Qüvvələri (IDF-SAXAL) iyunun 19-u səhər saatlarında İranın mərkəzi hissəsində, xüsusilə Ərak və Xondab şəhərləri yaxınlığında yaşayanlara təcili təxliyə xəbərdarlığı edib.
Oxu.Az xəbər verir ki, bununla bağlı SAXAL-ın farsdilli "X" səhifəsində edilən paylaşımda İsrail ordusunun İran ərazisində hərbi infrastruktura zərbələr endirdiyi qeyd olunub.
"Biz sizi Ərak və Xondab şəhərləri ərazisində müəyyən edilmiş ərazini mümkün qədər tez tərk etməyə çağırırıq. Bu ərazidə olmanız həyatınızı ciddi riskə atır", - bəyanatda deyilir.
Paylaşıma əlavə olunan peyk görüntüsündə İranın Ərak nüvə kompleksinin yerləşdiyi yerlə üst-üstə düşən ərazi qırmızı dairəyə alınıb. Bu ərazi uzun müddətdir ki, Qərb ölkələrini narahat edir, çünki ağır su (deyterium oksidi) nüvə silahı yaratmaq üçün alternativ yol olan plutoniumun istehsalında istifadə edilə bilər.
10Mənbələr
-
ictimairey.azİsrail İranın ən böyük nüvə obyektini VURDU ( 18405520)
-
konkret.azİsrail İranda iri nüvə obyekti yerləşən ərazini bombaladı ( 18398503)
-
Reportyor.tvİsrail İranın ən böyük nüvə obyektini VURDU ( 18397429)
-
musavat.comİsrail İranın ən böyük nüvə obyektini VURDU ( 18396916)
-
hurriyyet.azİsrail İranda iri nüvə obyekti yerləşən ərazini bombaladı ( 18396769)
-
operativmm.azİsrail İranda iri nüvə obyekti yerləşən ərazini bombalayıb ( 18396760)
-
modern.azİsrail İranda iri nüvə obyekti yerləşən ərazini bombaladı ( 18396214)
-
apa.azİsrail İranda iri nüvə obyekti yerləşən ərazini bombalayıb ( 18395980)
-
demokrat.azSAXAL İranın iki şəhərinin əhalisinə farsca müraciət yaydı: "Qırmızı zonanı tərk edin" ( 18394168)
-
oxu.azSAXAL İranın iki şəhərinin əhalisinə farsca müraciət yaydı: Qırmızı ərazini tərk edin ( 18393655)