AZ

Məhkəmə həbsdə olan şirkət rəhbəri ilə bağlı qərarı elan etdi

Ali Məhkəmədə “Protəmir İnşaat” şirkətinin dələduzluqda təqsirləndirilən rəhbəri İlyas Namazov barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.   

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

Qeyd: İ.Namazov zərərçəkmiş şəxslərə ev təmir edəcəyi vədi verərək onların pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub.

 

Nərimanov Rayon Məhkəməsi ittihamı əsassız sayıb, ona dəlil və sübut yetərsizliyi əsası ilə bəraət verilib. Bakı Apellyasiya Məhkəməsi isə prokurorun protestini və zərərçəkmişlərin şikayətini əsaslı hesab edib. Qərara əsasən, İ.Namazov 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Şirkət rəhbəri məhkəmə zalında həbs edilib. Zərərçəkmiş şəxslərin mülki iddiaları isə qismən təmin edilib. Bakı Apellyasiya Məhkəməsi isə apellyasiya şikayətini təmin etməyib.

 

Kamal Məmmədov

Tarix: 19 İyun 2025, 08:15   
Seçilən
7
1
pravda.az

2Mənbələr