AZ

Trampdan Putinin İran-İsrail savaşında vasitəçilik təklifinə cavab - əvvəlcə öz ölkəndə vasitəçi ol...


ABŞ prezidenti Donald Tramp iki gün əvvəl Rusiya prezidenti Vladimir Putinlə görüşdüyünü və hazırda Putinin İran-İsrail münaqişəsinin həllində vasitəçilik təklifi ilə maraqlanmadığını deyib.

Trampın sözlərinə görə, Putin İsrail və İran arasında münaqişənin həllində vasitəçilik etməyi təklif edib. ABŞ prezidenti buna belə cavab verib: "Mən belə cavab verdim: Mənə bir yaxşılıq et, əvvəlcə öz ölkəndə vasitəçi ol. Gəlin əvvəlcə Rusiya ilə məşğul olaq, olarmı? Dedim ki, Vladimir, gəlin əvvəlcə Rusiya məsələsi ilə məşğul olaq. O başqa məsələ ilə də sonra məşğul ola bilərsiniz. Amma düşünürəm ki, ora da qaydasına düşəcək ".

Məsələ iki lider arasında iyunun 17-də baş tutan telefon danışığında müzakirə olunub. Görüşdən sonra Rusiya tərəfi heç bir açıqlama verməyib.

Tramp həmçinin bildirib ki, ABŞ İranın nüvə obyektlərinə hücum edə bilər. Buna baxmayaraq, hələ də İranla danışıqlar prosesinin mümkün olduğunu düşündüyünü ifadə edən Tramp, “Mən bunu edə bilərəm, etməyə də bilərəm” deyib.

TAHİR

Seçilən
7
baki-xeber.com

1Mənbələr