AZ

Keçmiş arvadının burnunu sındıran şəxsə min manat cərimə cəzası təyin edildi

Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Bayram Bayramovun (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilib, Nərimanov Rayon Məhkəməsinin hökmü dəyişdirilib, təqsirləndirilən şəxs Cinayət Məəclləsinin 128-ci maddəsi ilə təqsirli bilinib və ona 1 000 manat cərimə cəzası təyin olunub.

 

İttihama görə, hadisə 2025-ci ilin yanvar ayının 13-də, saat 12:30 radələrində paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, Bayram Bayramov mənzilin yataq otağında şəxsi münasibətlər zəminində keçmiş arvadı, zərərçəkmiş İlkanə Əsədovanın (adı, soyadı şərtidir) burun nahiyəsinə qəsdən bir dəfə yumruqla vurub. Nəticədə, qadının burun sümüyü sınıb.

 

Hadisədən sonra Bayram Bayramov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə ona 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilmişdi.

 

Kamal Məmmədov

 

Tarix: 19 İyun 2025, 08:49   
Seçilən
11
1
pravda.az

2Mənbələr