AZ

Bakıda tanınmış suşi məkanlar - Ucuz və bahalı setlər

Bu gün, 18 iyun dünyada Beynəlxalq Suşi Günü kimi qeyd olunur. İlk baxışda sadə düyü və dəniz məhsullarından ibarət görünən bu yemək, əslində əsrlərlə formalaşmış zəngin bir mədəni irsi əks etdirir. Artıq suşi təkcə Yapon mətbəxinin simvolu deyil, eyni zamanda qlobal qastronomiya arenasında prestijli mövqeyə sahibdir. Bakı şəhərində də son illərdə suşiyə olan maraq artıb və paytaxt restoranları bu sahədə həm dad, həm də təqdimat baxımından rəqabətə qoşulub.

Valyuta.az bu gün münasibətilə Bakının tanınmış suşi məkanlarında təqdim olunan ən ucuz və ən bahalı setləri təqdim edir

“Sushi Room Baku”

Ən ucuz set: Vegan Set – 16 AZN
Qiymətə daxildir: Vegan roll – 8 ədəd, Kappa maki – 8 ədəd, Çukka maki – 8 ədəd, soya sousu – 50 ml, zəncəfil – 30 qram, vasabi – 30 qram

Ən bahalı set: Triada Set – 87 AZN
Qiymətə daxildir: Kaliforniya krab – 8 ədəd, Alaska roll – 8 ədəd, Cheddar roll – 8 ədəd, Filadelfia layt – 8 ədəd, Kappa maki – 8 ədəd, Salmon maki – 8 ədəd, Kani hot – 10 ədəd, Amerika hot – 10 ədəd, Salmon hot – 10 ədəd, Murakami roll – 10 ədəd, soya sousu – 50 ml, zəncəfil – 30 qram, vasabi – 30 qram

“Chio-Chio-San”

Ən ucuz set: Roll Mix – 50 manat
Qiymətə daxildir: Norvegian roll, Kaliforniya roll, Black Dragon roll
Ən bahalı set: Premium Sashimi & Nigiri – 90 manat

Qiymətə daxildir: Black Dragon roll, krevet Tom-Yam, yandırılmış qızıl balıq, nigiri – qızılbalıq, tuna, ilan balığı, krevet; saşimi – qızılbalıq, tuna, ilan balığı, krevet

“Sushi Azerbaijan”

Ən ucuz set: Mini Set – 22 manatQiymətə daxildir: Filadelfia – 4 ədəd, California – 4 ədəd, Hot Crab – 5 ədəd, Hot Salmon – 5 ədəd

Ən bahalı set: Boss Set – 78 manat
Qiymətə daxildir: California, Filadelfia, Alaska, Bonito, Hot Filadelfia, Hot Krivetka, Hot Crab roll – ümumilikdə 62 ədəd suşi

“Sushi House Baku”
Ən ucuz set: Moko Set – 23 manat
Qiymətə daxildir: Filadelfia – 8 ədəd, Kaliforniya – 8 ədəd, Hot Kani – 10 ədəd, soya sousu – 1 butulka, zəncəfil – 1 porsiya, vasabi – 1 porsiya, çubuq – 4 ədəd

Ən bahalı set: Winetage Set – 140 manat
Qiymətə daxildir: 200 ədəd suşi – Filadelfia, Kaliforniya, Kani, Sakura, Bonito, Cheddar, Kokos, Murakami, Ebi, Kappa maki, Avokado maki, Hot və Vulkan rollar; soya sousu – 16 butulka, zəncəfil – 16 porsiya, vasabi – 12 porsiya, çubuq – 20-25 ədəd

“Sushi Control Baku”

Ən ucuz set: Ekonom Set – 15.90 manat
Qiymətə daxildir: Kappa maki – 10 ədəd, Filadelfia – 10 ədəd, Cheese roll – 10 ədəd, Alaska – 10 ədəd, soya sousu, zəncəfil, vasabi, çubuq

Ən bahalı set: Klassiko Set – 38.90 manat
Qiymətə daxildir: Filadelfia Layt – 8 ədəd, Alaska – 8 ədəd, California – 8 ədəd, Cheese roll – 8 ədəd, Maki – 8 ədəd, Nigiri – 8 ədəd

Sərvanə Rəmixanova

Seçilən
1
valyuta.az

1Mənbələr