AZ

Bu əraziyə İyun ayında qar yağdı: Güclü şəkildə yağan qar hər kəsi təəccübləndirdi

Rizenin Çamlıhemşin rayonuna bağlı, dəniz səviyyəsindən 2.300 metr yüksəklikdə yerləşən Kavrun yaylasına iyun ayında qar yağıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, qış aylarından qalan qar tam əriməmişkən, yay mövsümünün ortasında yenidən təsirli olan qar yağışı yaylanı bir daha ağ örpəyə bürüyüb.Xüsusilə dünən səhər saatlarında güclü şəkildə yağan qar, həm yayla sakinlərini, həm də oradakı sahibkarları təəccübləndirib.

Yaylada uzun illərdir sahibkarlıq edən Hüseyn Şahin bu mövsümdə qar yağmasına öyrəşmədiklərini bildirib:

“Qışdan qalan qar hələ tam əriməmişdi, amma iyunun ortasında yenidən qar yağması bizi həqiqətən çox təəccübləndirdi. Dünən gecə yağış gözləyirdik, səhər oyananda hər yerin ağ olduğunu görəndə gözlərimizə inanmadıq. Bura yüksək yüksəklikdə yerləşdiyi üçün hava həmişə sərin olur, amma belə qar bu vaxtlarda nadir hallarda görülür”, – deyə qeyd edib.

Seçilən
10
bizimshow.az

1Mənbələr