AZ

“28 May”dan “Nizami”yə keçid necə olacaq? - “AYNA ilə müzakirələr aparılır”

“Bakı metropoliteninin “Nizami” və “Cəfər Cabbarlı” stansiyaları arasında 200 metrlik birləşdirici tunelin inşası dövründə “28 May” stansiyasından “Dərnəgül” istiqamətində qatarların hərəkəti dayandırılacaq. “Dərnəgül” istiqamətindən hərəkət edən qatarların son dayanacağı isə “Nizami” stansiyası olacaq”. 

Bu, "Yeni Sabah"a Bakı Metropoliteninin Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qurum qeyd edib ki, “28 May” və “Nizami” stansiyaları arasında sərnişinlərin transferi alternativ nəqliyyatla təmin ediləcək:

“Həmin vaxt "Qırmızı xət"də qatarların “İçərişəhər-Əhmədli” istiqamətində hərəkəti heç bir fasilə olmadan tam təmin ediləcək. "Yaşıl xətt"ə keçid edən sərnişinlərin maraqları da nəzərə alınacaq. Bu məqsədlə “28 May” və “Nizami” stansiyaları arasında sərnişinlərin transferi alternativ nəqliyyatla təmin ediləcək. Hazırda bununla bağlı AYNA ilə müzakirələr aparılır”.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
2
2
yenisabah.az

3Mənbələr