İsrailin Beer-Şeva şəhərində İrana məxsus raketlərdən birinin qalıqları “Soroka” xəstəxanasının üzərinə düşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “SHOT” teleqram kanalı yayıb.
Kanalın yaydığı görüntülərdən hadisənin ilk dəqiqələrini və dağıntının miqyasının görmək mümkündür.
“Mash” teleqram kanalı isə hadisə nəticəsində 9 nəfərin xəsarət aldığını yazıb.
Onu da qeyd edək ki, İsrail Müdafiə ordusunun bu səhər İranın ölkə istiqamətində təqribən 20 raket atdığını açıqlayıb. Həmin raketlərin İsrailin hava hücumundan müdafiə vasitələri tərəfindən vurulduğu qeyd olunub.