AZ

Daşkəsəndə yük maşınından qum boşaltmaq istəyən sürücü faciəli şəkildə həyatını itirdi

Daşkəsəndə 63 yaşlı kişi bədbəxt hadisə nəticəsində həyatını itirib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 1963-cü il təvəllüdlü rayon sakini E. Əhmədov idarə etdiyi yük maşınından qum boşaltmaq üçün arxa kuzanı qaldırıb.

Bu zaman ehtiyatsızlıqdan qoşqu ona dəyib. Zərbədən E. Əhmədov yerə yıxılıb və yük yerində olan qum onun üzərinə tökülüb. Qumun altında qalan sürücü dünyasını dəyişib.

Hadisə baş verən yerə Daşkəsən rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Seçilən
1
1
bizim.media

2Mənbələr