AZ

İsrail İranın ən böyük nüvə obyektini VURDU

İsrail İranın ən iri nüvə obyektlərindən biri olan Ərakdakı ağır su istehsalı zavodunun yerləşdiyi əraziyə hücum edib.

Musavat.com xəbər verir ki, bu barədə İranın "Mehr" agentliyi məlumat yayıb.

Bildirilib ki, İsrailin Ərakdakı ağır su istehsalı zavodunun ərazisinə endirdiyi zərbədən sonra radioaktiv çirklənmə riski yoxdur, avadanlıqlar əvvəlcədən ərazidən çıxarılıb.

İranın dövlət televiziyası məlumat verir ki, buraxılan raketlərdən ikisi ölkənin mərkəzində yerləşən Ərak şəhərindəki nüvə reaktorlarında istifadə olunan ağır su istehsalı zavoduna düşüb. Hazırda radiasiya sızması müşahidə olunmur.

Eyni zamanda İranın ISNA agentliyi xəbər verir ki, Xondab şəhərindəki ağır su reaktorunun yaxınlığındakı ərazi İsrailin zərbəsinə məruz qalıb. Agentliyin məlumatına görə, radiasiya sızması təhlükəsi yoxdur, nüvə obyektindəki personal əvvəlcədən təxliyə edilib.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin fars dilindəki rəsmi hesabı Ərak və Xondab şəhərləri yaxınlığındakı müəyyən zonada yaşayanlara təxliyə çağırışı yayımlayıb.

Musavat.com

Seçilən
13
2
musavat.com

10Mənbələr