AZ

Bakı səmasında uçan obyektin nə olduğu AÇIQLANDI

"Ötən gecə Bakı səmasında görüntülənən obyektlər İlon Maskın "Starlink" peykləridir. Onlar qrup halında buraxılır. 18 iyunda da bir qrup buraxılıb".

Bunu BAKU.WS-in sorğusuna cavab olaraq Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasının dosenti Xıdır Mikayılov bildirib. 

Onun sözlərinə görə, "Starlink" peyklərinin göndərilməsi 2015-dən planlaşdırılıb:

"İlk buraxılış 2018-ci ilin fevralında olub. 2025-ci il də daxil olmaqla hazırda onların sayı 8987-dir. Gələcəkdə bu say bir neçə 10000-ə çatdırılacaq. "Starlink" peykləri internet üçün nəzərdə tutulub. Hər qrupda 20-yə qədər ola bilir" -  deyə Xıdır Mikayılov qeyd edib. 

***08:17

Bu gün gecə saatlarında Bakı səmasında uçan naməlum obyekt müşahidə olunub.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə müxtəlif ərazilərdən videogörüntülər daxil olub.

Paytaxtn müxtəlif ərazilərindən çəkilən videolarda səmada qəribə formalı işıq görünür.

Uçan naməlum obyekt bir müddət sonra yoxa çıxıb.

Seçilən
5
3
far.az

4Mənbələr