AZ

"Bu həyatda yaşamağın özü kişilikdir" - Afaq Bəşirqızı

“Bir dəfə televiziya rəhbərlərindən birinə zəng edib dedim ki, "Vallah, bu biyabırçılıqdır". Həmin şəxs mənə "Afaq xanım, siz bilirsiniz o veriliş bizə necə qonorar, necə reytinq gətirir?", deyə cavab verdi.

News24.az xəbər verir ki, bu sözləri "Liatris" Holdinqin rəhbəri, tanınmış iş xanımı Ruhiyyə Əliyevanın müəllifi olduğu "Qaranlıqda həqiqət" verilişinin qonağı olan Azərbaycanın xalq artisti Afaq Bəşirqızı səsləndirib.

“Neçə vaxtdır deyirəm ki, bir az savadlı, bədii, ədəbi, mütəfəkkir görünək deyə bəzi sözləri əzbərləmişik. O sözlərdən biri də "mentalitet"dir. O mentalitetdən bir qram tapsanız, mənə də verin. Çünki haradadır, kimdədir, bilmirəm. Bəlkə qızlarımızın geyimindədir, bəlkə dırnaqlarındadır, ya da döymələrindədir? Oğlanlarımız da onlardan geri qalmır.

Günahkar da elə özümüzük. Birimiz abrımızı qoruduq, birimiz hayamızı, birimiz də dedik ki, "O verilişi aparan həyasızdır, uşağımın yolunu kəsər". Bilirsiniz, bu gün həyatda yaşamağın özü kişilikdir”, - deyə o bildirib.

Davamı videoda:

Günel Məlikzadə


Seçilən
6
1
news24.az

2Mənbələr