AZ

Prius sürücüsü keçiddə şəhid anasını vurub yerə yıxdı VİDEO

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakıda piyada keçidində baş verən qəza anbaan avtomobildəki kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə mayın 21-də, paytaxtın Mikayıl Müşfiq küçəsində baş verib. Belə ki, 77-DJ-274 qeydiyyat nişanlı "Toyota Prius" markalı avtomobilin sürücüsü keçidə yaxınlaşan zaman qonşu zolaqdakı avtomobilin sürəti azaltmasına əhəmiyyət vermədən yoluna davam edib. Bu zaman keçiddən keçən iki qadından biri avtomobil tərəfindən vurularaq yerə yıxılıb. Onu tutmaq istəyən digər qadın da müvazinətini itirərək yıxılıb.

Məlumata görə, vurulan qadın şəhid anasıdır və hər ikisi həmin vaxt ziyarətdən qayıdırmış.

Xoşbəxtlikdən, hadisə nəticəsində ağır xəsarət qeydə alınmayıb. Qadın sürücüdən şikayətçi olmasa da, sürücü onları maşına mindirərək ilkin tibbi yardım göstərib.

"Yol hərəkəti haqqında" qanunda qeyd olunub ki, əgər nəqliyyat vasitəsi nizamlanmayan piyada keçidinin qarşısında dayanmışdırsa və ya sürətini azaltmışdırsa, qonşu zolaqlarda hərəkət edən digər nəqliyyat vasitələrinin sürücüləri yalnız dayanmış nəqliyyat vasitəsinin qarşısında piyadaların olmadığını yəqin etdikdən sonra hərəkəti davam etdirə bilərlər.

Fərid

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
avtosfer.az

1Mənbələr