Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatında bu gün Azərbaycanın fərdi yarışda son təmsilçisi Uşangi Kokauri mübarizə aparacaq.
Operativ Media xəbər verir ki, 100 kq-dan yuxarı çəki dərəcəsində yer alan 33 yaşlı idmançının ilk görüşü 1/32 finala təsadüf edəcək.
O, serbiyalı İqor Vraçarla üz-üzə gələcək. Qələbə qazanacağı halda, Kokauri 1/16 finalda kubalı Andi Qranda ilə qarşılaşacaq.
Qeyd edək ki, indiyədək dünya çempionatında Azərbaycan cüdoçularından 3-ü - Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq) və Zelim Kotsoyev (100 kq) bürünc medal qazanıb.