Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları arasında Ümumdünya Qida Təhlükəsizliyi Gününə həsr olunmuş minifutbol turnirinin final mərhələsi keçirilib.
Əvvəlcə 3-cü yer uğrunda “Qazax-Tovuz RB” və “AQTİ B” komandaları mübarizə aparıb. “Qazax-Tovuz RB” 3-1 hesabı ilə qalib gələrək turnirin bürünc medalını qazanıb.
Final oyununda isə “Bakı RB A” ilə “AQTİ A” komandaları üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşma “Bakı RB A”nın 3-2 hesablı qələbəsi ilə başa çatıb.
Beləliklə, “Bakı RB A” komandası turnirin qalibi olaraq qızıl, “AQTİ A” isə gümüş medala layiq görülüb.
Turnirin sonunda rəsmi mükafatlandırma mərasimi keçirilib. Yarışda yer tutan komandalara medal və diplomlar təqdim olunub. Agentliyin rəhbərliyi çempionatda iştirak edən bütün komandaları təbrik edib, belə idman tədbirlərinin əməkdaşlar arasında həmrəylik və sağlam rəqabət mühitinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb.
Qeyd edək ki, Agentliyin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilən turnirin əsas məqsədi işçilər arasında sağlam həyat tərzinin təşviqi, bədən tərbiyəsi və idmanın əhəmiyyətinin təbliği, eləcə də əməkdaşların asudə vaxtlarının səmərəli şəkildə təşkil olunması və əməkdaşlar arasında sağlam rəqabət mühitinin yaradılması olub.






