Azərbaycan millisinin hücumçusu Renat Dadaşov komandasını dəyişməyə hazırlaşır.
Msport.az xəbər verir ki, 26 yaşlı hücumçu Polşada yeni klubla anlaşa bilər.
“Radomyak” bu ayın sonuna qədər olan müqaviləni yeniləməyi planlaşdırmır. Bu səbəbdən Dadaşov tezliklə azad agent statusu daşıyacaq. Bundan yararlanan Ekstraklasanın digər iştirakçısı “Motor” onunla danışıqlara başlayıb.
Ancaq Dadaşov Xorvatiya klubu “Hayduk”un da diqqət mərkəzindədir. Hücumçumuz “Hayduk”a keçsə, Konfrans Liqasında “Zirə”yə rəqib olacaq.
Qeyd edək ki, Renat Dadaşov “Radomyak”a bu ilin əvvəlində “Ankaragücü”dən keçmişdi.